Türkiyədə film kimi silahlı insident olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Başakşehir adlanan ərazidə baş verib. Aralarında pul haqq-hesabı olan iki qohum telefonla danışdıqdan sonra səhər saat 5 radələrində görüşməyə qərar veriblər. Onlardan biri avtomobillə digərinin yaşadığı yerə görüşə gəlib.
Avtomobillə gələn şəxs qohumunun binanın həyətində oturub onu gözlədiyini görüb. Maşından düşmədən ona doğru ard-arda atəş açmağa başlayır. Qohumu da yerdə sürünərək gizlənməyə çalışır.
Nəticədə gizlənməyə çalışan tərəf yaralanıb, həmçinin yaxınlıqdakı bankın şüşəsi qırılıb.
Hadisə anının görüntülərini təqdim edirik: