Priqojinin təyyarəsinin qəzaya uğramasının yeni VİDEOSU
25 avqust 2023 15:25 (UTC +04:00)

Priqojinin təyyarəsinin qəzaya uğramasının yeni VİDEOSU

“Vaqner” lideri Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni görüntülər yayılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, həmin görüntüləri Tver vilayətinin Kujenkino kəndinin sakinləri yayıblar.

Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa uçan Embraer-135 təyyarəsi avqustun 23-ü axşam saatlarında qəzaya uğrayıb. Biznes təyyarəsinin göyərtəsində 10 nəfər olub, lakin heç kimi xilas etmək mümkün olmayıb.

Priqojinlə yanaşı, sərnişinlər siyahısına Dmitri Utkin, Nikolay Matuseev, Valeri Çekalov, Aleksandr Totmin, Yevgeni Makaryan və Sergey Propustin də daxil olub. Təyyarədə üç ekipaj üzvü də olub.

Avqustun 24-də səhər saatlarında təyyarənin quyruq hissəsinin elementi qəza yerindən 3,5 kilometr aralıda tapılıb. Parça Kujenkinonun girişindən uzaq olmayan boşluqda qalmışdı.

# 2205
avatar

Oxşar yazılar