İstanbul sakini Hakan Yıldırım özünü diş həkimi kimi təqdim edərək dörd ön dişini çıxaran fırıldaqçının qurbanı olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər şey kəskin diş ağrısından əziyyət çəkən ki.inin qəbula yazılmaq üçün stomatoloji klinikaya zəng etməsi ilə başlayıb.
Lakin təmizlik işçisi telefona cavab verib, özünü həkim kimi təqdim edərək, görüş təyin edib. Fırıldaqçının adı Cemal Şenaslandır. Kişi "təyinat" üçün gələndə "həkim" onu qısaca müayinə edib və dörd dişin çıxarılmasının vacibliyini bildirib.
Zərərçəkmiş reseptlə satılan dərmanları almağa cəhd edərkən fırıldaqçının işi üzə çıxıb.
Diplomu olmadan belə əməliyyat apardığına görə, məhkəmə onu 2,5 il azadlıqdan məhrum edib. Bundan əlavə, fırıldaqçı kişiyə dəymiş ziyana görə kompensasiya ödəməlidir.