Rusiyanın Nijnevartovsk şəhərində sakinlər qəribə hadisə ilə rastlaşıblar.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında şəhərin mərkəzində ayı peyda olub.
Qarşısına çıxan hər kəsə hücum edən ayı, sən demə, vəhşi deyilmiş. Yaxınlıqdakı oteldə qəfəsdən qaçıbmış.
Heyvan insanlara sürətlə yaxınlaşsa da, onlara ciddi xətər yetirməyib. Sanki insanlarla oynayırmış kimi davranan ayının sevinci uzun sürməyib...
Növbəti “dost”unu qovarkən yolda sürətlə gələn avtobusun altında qalıb.
Həmin videonu təqdim edirik: