Türkiyədə kişi qadın iş yoldaşını döyüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyada baş verib. Şirkətdə mühafizəçi işləyən Erkan. Ş adlı şəxs işə gec gələn Figen. K-nı döyüb. Buna səbəb kimi, o, iş yoldaşına görə bayram namazına gecikdiyini əsas gətirib.
Erkan. Ş-nın bu hərəkətini görənlər müdaxilə edərək, qadını xilas ediblər. Amma xilas etməklə kifayətlənməyib, kişini də əməlli-başlı döyüblər.