"MTN polkovniki"   jurnalistləri təhqir etdi: "İtsiniz..."  - VİDEO
22 iyun 2022 10:59 (UTC +04:00)

"MTN polkovniki" jurnalistləri təhqir etdi: "İtsiniz..." - VİDEO

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki Vüsal Ələkbərov jurnalistləri təhqir edib.

Lent.az xəbər verir ki, məhkəmə prosesindən sonra ona sual ünvanlayan jurnalist Aytən Məmmədova və Elşən Balaxaniskiyə qarşı qeyri-etik sözlər işlədib. 

Keçmiş polkovnik suallarına cavab almaq üçün arxasınca gedən jurnalistlərə “İtsiniz, düşmüsünüz dalımca?” ifadəsini işlədib. 

Həmin videonu təqdim edirik:
 

# 4110
avatar

Fidan İlqar

Oxşar yazılar