Motosikletlə "avtoş"luq edən həbs olundu - VİDEO
19 fevral 2026 11:25 (UTC +04:00)

Motosikletlə "avtoş"luq edən həbs olundu - VİDEO

0

Bakıda motosikletlə avtoxuliqanlıq edən həbs olunub.

Bu barədə Lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını gizlədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan və bir müddət əvvəl də avtoxuliqanlıq etdiyi üçün inzibati məsuliyyətə cəlb olunan 99-L-768 nömrə nişanlı motosikletin sürücüsü Səid Zeynalov saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü S.Zeynalovun nəqliyyat vasitəsini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar