Vəhşi meymun otel otağına girərək amerikalı turistin elektron siqaretini çəkməyə çalışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin anlar kameralara tuş gəlib.
Yayımlanan görüntülərdə səyyahın açıq pəncərəsi olan otaqda dincəldiyi görünür. Birdən eyvanda iki meymun peyda olub. Onlardan biri otağa qaçaraq mebelin üstünə dırmaşmağa başlayıb.
Primat şkafın qapısını açıb çarpayıya qalxıb, sonra elektron buxarlandırıcını tutub ağzına gətirib, sanki siqaret çəkmək istəyib. Sonra heyvan tələsik otaqdan qaçıb. Bu hadisələrin hansı ölkədə baş verdiyi açıqlanmayıb.
Həmin görüntüləri təqdim edirik: