Moskva metrosunun iki sərnişini vaqonda əlbəyaxa dava edib və videoya düşüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadınlar arasında mübahisə yüksək səsli musiqiyə görə baş verib. Sərnişin digər qadına irad bildirib, bundan sonra aralarındakı şifahi münaqişə davaya çevrilib.
56 yaşlı zərərçəkən bədən xəsarətləri alıb. Münaqişənin araşdırılmasına paytaxt metropoliteninin prokurorluğu nəzarət edir.