Messinin fotosu olan qutulardan 2 milyardlıq kokain tapıldı - VİDEO
23 dekabr 2023 13:08 (UTC +04:00)

Messinin fotosu olan qutulardan 2 milyardlıq kokain tapıldı - VİDEO

Rusiyanın paytaxtı Moskvada külli miqdarda narkotik partiyası aşkar edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları 673 kiloqram kokain müsadirə ediblər. Maraqlıdır ki, qadağan olunmuş maddələrin qablaşdırmasının üzərində Argentina millisinin oyunçusu Lionel Messinin şəkli olub.

Cinayətkarların hansı səbəbdən əfsanəvi argentinalı futbolçunun fotosunu qutulara yapışdırdıqları məlum deyil.

Tapılan kokainin qiymətinin 1-2,5 milyard qrivna (təxminən 45 milyon 200 min manatla 113 milyon manat) arasında dəyişdiyi bildirilir.

# 3108
avatar

Oxşar yazılar