Fələstin-Holland əsilli amerikalı supermodel Bella Hadid "Victoria's Secret"in reklam kampaniyasında bədənini nümayiş etdirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntülər brendin İnstaqram səhifəsində yerləşdirilib.
Yayımlanan videoda 26 yaşlı məşhur digər modellərlə pozalar verib. Çəkiliş üçün mavi alt paltarı dəstini sınayıb.
Makiyajda vizajistlər modelin dodaqlarına dodaq boyası çəkərək yüngüllük və təbiiliyi önə çəkiblər. Stilistlər isə öz növbəsində onun saçlarını açıb, səliqə ilə bir tərəfə atıblar.