Amerikalı boksçu Niko Uolş həmyerlisi Alexandr İbarranı məğlub edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Məhəmməd Əlinin 21 yaşlı nəvəsi qarşıdurmanın ilk raundunda rəqibini nokaut edib. Qələbə amerikalı üçün karyerasında ardıcıl beşinci olub.
İbarraya qarşı mübarizə Uolş üçün 2022-ci ildə ikinci olub. Yanvar ayında o, Ceremiya Yegeri nokaut etmişdi. Mübarizə ikinci raundda başa çatmışdı.
Uolş karyerasında beş qələbə qazanıb, onlardan dördü vaxtından əvvəl olub. O, 2021-ci ilin avqustunda peşəkar boksda debüt edib.
Məhəmməd Əli idman tarixinin ən tanınmış boksçularından biridir. O, ağır çəkidə mütləq dünya çempionu (1964-1966, 1974-1978) tituluna sahib olub, 1960-cı ildə Olimpiya Oyunlarının qızıl medalını qazanıb, müxtəlif nəşrlər tərəfindən dəfələrlə əsrin idmançısı kimi tanınıb.