Türkiyədə bir kişi küçədə mağazanın qarşısına qoyulan mankeni qaçırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin İnegöl qəsəbəsində baş verib. İşin maraqlı tərəfi odur ki, kişi mankeni sevərək əvvəlcə bir neçə dəqiqə ona sarılıb. Daha sonra onu qucaqlayaraq aparıb.
Mağaza sahibi hadisəyə reaksiyasız qalıb və şikayət etməyib.