Moskvada kassadan pul oğurlamaq üçün tikinti mağazasında soyuducunun içərisində gizlənən şəxs polis tərəfindən saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntülərdə şübhəlinin mağazanın döşəməsi ilə sürünərək kassaya gəldiyi görünür.
Bütün pulu götürüb böyük bir bağlama ilə əsas qapılardan keçir. Məlumata görə, 25 yaşlı paytaxt sakini ticarət mərkəzindən keçərkən oğurluq etmək qərarına gəlib. O, məişət texnikası mağazasına gəlib və burada soyuducuların nümayiş nümunələrindən birinə girib. İçəridə kişi iş gününün sonuna qədər gözləyib, sonra çıxıb, kassadan 8600 rubl oğurlayaraq mağazanı tərk edib.
Mühafizəçilər gecə saatlarında ticarət mərkəzinin ətrafında gəzən ziyarətçini görüb və polisə müraciət ediblər. Şübhəli şəxs saxlanılıb.