Çelyabinsk şəhərinin mərkəzində borular partlayıb və Çiçerindən Naberejnaya qədər olan küçələri qaynar su basıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, ərazidə istilik kəsilib, suyun verilişi də kəsilmək üzrədir. Əhalidən ehtiyat su yığmaq xahiş olunur.
Bu, bir gündə üçüncü qəzadır - əvvəlki ikisi Leninski rayonunda baş verib.
Məlumata görə, bəzi yerlərdə qaynar su soyuyub buz döndüyü üçün əksər avtomobilləri idarə etmək mümkün olmayıb.