"Klon"un "Hade" və "Lukas"ından romantik VİDEO
11 mart 2023 10:14 (UTC +04:00)

"Klon"un "Hade" və "Lukas"ından romantik VİDEO

“Klon” serialının ulduzları Covanna Antonelli və Murilu Benisio ekran qəhrəmanları Hade və Lukasın rəqsi ilə oynaq video çəkiblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Antonelli videonu sosial şəbəkələrdə paylaşıb. Videoda qara kostyumda olan və bədənində mətbəx əşyaları, o cümlədən tava və sürtgəc asan aktrisa “Klon” serialındakı kimi rəqs edir. Lukas rolunu oynayan Benisionun diqqətini çəkir. Aktyor gözlərinə inanmayaraq çaşqın halda həmkarına baxır.

“Lucas 20 il sonra Hade rəqsini görür”, deyə Antonelli yumorla videoya imza atıb.

“Klon” filminin çəkilişləri zamanı Antonelli və Benisio əsl cütlük olublar. Aktyorlar məşhur Braziliya tok-şousunda münasibətlərini açıq elan ediblər.

2005-ci ildə cütlüyün ortaq oğlu Pietro var. İlk övladlarının doğulmasından qısa müddət sonra Covanna və Murilu ayrıldıqlarını elan ediblər.

# 6945
avatar

Oxşar yazılar