Kişinin burnundan 150  canlı qurd   çıxarıldı -  VİDEO
04 mart 2024 19:40 (UTC +04:00)

Kişinin burnundan 150 canlı qurd çıxarıldı - VİDEO

ABŞ-da bir kişinin burnundan 150 canlı qurd çıxarılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatının Ceksonvill şəhərində qeydə alınıb.

Fevralın əvvəlində kişinin üzü və dodaqları şişməyə, burnu davamlı olaraq qanamağa başlayıb. O, həkimə müraciət edib. Həkimlər kişinin sinuslarında qurd aşkar ediblər.

Kişinin sağlamlığı üçün ciddi təhlükə yaradan sürfələr burnun ən dərin yerlərində aşkar edilib.

Mütəxəssislərin fikrincə, balıqlarla təmas nəticəsində parazitlər burun sinuslarına daxil olub və aktiv şəkildə çoxalmağa başlayıb.

# 3360
avatar

Arzu Qurbanlı

Oxşar yazılar