İranda polislər motosikletlə qadının ÜSTÜNDƏN  keçdilər
21 sentyabr 2022 16:30 (UTC +04:00)

İranda polislər motosikletlə qadının ÜSTÜNDƏN keçdilər

İranda bir neçə gün əvvəl “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın vəhşicəsinə döyülərək qətlə yetirilməsi ilə başlayan kütləvi etiraz aksiyaları davam edir.

Lent.az xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayılan videolardan biri oradakı vəziyyəti daha aydın əks etdirir. 

İranın Kirmanşah şəhərindəki polis qüvvələri dayanmadan dinc etirazçılara atəş açıb. Sonra onlar motosikletlə yoldan keçən bir qadının üzərindən keçiblər. 

Qeyd edək ki, etirazlar İranın Təbriz, Tehran, İsfahan, Şiraz, Kirmanşah və digər böyük şəhərlərində davam edir. 

Görüntüləri təqdim edirik:

İranda polislər motosikletlə qadının üstündən keçdilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3774
avatar

Nigar Namiq

Oxşar yazılar