İranda molla rejiminin xalqa qarşı amansız rəftarı günü-gündən artır.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İranın Bəlucistan vilayətinin Fanuc şəhərində vəziyyət yenidən gərginləşib. Gecə boyu polislə xalq arasında atışma baş verib. Bəluclar hökumətə qarşı şüarlar səsləndirib və azadlıq tələb ediblər.
Hadisə nəticəsində 3 vətəndaş polis əməkdaşlarının açdığı atəş nəticəsində yaralanıb. 16 yaşlı bir yeniyetmə isə polis avtomobili ilə öldürülüb.