İranda molla rejiminə qarşı etiraz aksiyaları 5 aydan çoxdur ki, davam edir.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, insanlar uzun müddətdir küçələrdə, yollarda gördükləri mollaların əmmaməsini çıxarıb atır.
Ölkədə dinə və din adamlarına nifrət o həddə çatıb ki, insanlar küçədə molla görən kimi nifrət nümayiş etdirirlər.
Yayılan görüntülərin birində daha bir gənc oğlan yolda gedən mollanın əmmaməsini başından çıxarır.
Sözügedən görüntüləri təqdim edirik: