“Krivbass” pərəstişkarları üçün qeyri-adi və gülməli tamaşa nümayiş etdirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, futbol klubu Ukrayna Premyer Liqasının 9-cu turunun Lvovun “Rux” ilə ev oyununun açılış mərasimində hərbi pilotsuz uçan aparatdan istifadə edib. Onun köməyi ilə top meydançaya çatdırılıb.
Pilotsuz təyyarəni “Krivbass”ın media departamentinin əməkdaşı və Ukrayna Silahlı Qüvvələrinin hava kəşfiyyatı operatoru Yaroslav Loqvisçuk idarə edib. 2022-ci il mayın 8-də o, könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinin 129-cu briqadasının sıralarına daxil olub və hazırda cəbhədə Ukraynanı müdafiə edir.