Ərdoğan və Baxçalı Azərbaycan FHN-in xilasediciləri ilə görüşdü -  VİDEO
20 fevral 2023 17:47 (UTC +04:00)

Ərdoğan və Baxçalı Azərbaycan FHN-in xilasediciləri ilə görüşdü - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələ bölgəsinə səfər edib.

Lent.az xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə birlikdə Hatayda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə görüşüb.

Türkiyə dövlət başçısı azərbaycanlı xilasedicilərlə foto çəkdirib, öz təşəkkürünü ifadə edib.

Qeyd edək ki, FHN-in qüvvələri indiyədək Kahramanmaraş və Hatayda dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxarıblar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Türkiyəyə humanitar yardımlar göndərilib. 17 fevral tarixinədək humanitar yardımlar 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.

Humanitar yardıma 867 xilasetmə və tibbi personal, 2 ədəd mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri ləvazimat və məhsul, 302 034 isti geyim, 693 756 dərman və tibbi ləvazimat, 12 505 qızdırıcı və texniki avadanlıq, 21 367 000 AZN daxildir.

Təcili tibbi yardım, yanğınsöndürən, AFAD və rəsmi axtarış-xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilib.

# 2835
avatar

Oxşar yazılar