Ukraynanın Melitopol şəhərində yerli sakinlər Rusiya hərbçilərinə qarşı etiraza başlayıb.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, onlar əliyalın halda hərbçilərin üzərinə gediblər. Sakinlər zirehli texnikanın hərəkətindən belə qorxmayıblar.
Rusiyalı hərbçilər onları güllələməklə hədələsələr də, geri çəkilməyiblər.