Astarada çimərlikdə 3 nəfər ölümlə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Astara şəhər çimərliyi ərazisində 3 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə yaxınlıqda xidmət aparan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.
Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 19 yaşlı İsmayıl Əsgərov, 27 yaşlı Şiraz Qəribov və həmyaşıdı Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.