Çay kənarına dincəlməyə gəldi, gəmini OĞURLADI  - VİDEO
23 sentyabr 2023 14:46 (UTC +04:00)

Çay kənarına dincəlməyə gəldi, gəmini OĞURLADI - VİDEO

Murmansk vilayətinin sakini Voloqdada motorlu gəmini oğurlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 34 yaşlı kişi Murmaşi kəndindən Voloqdaya dincəlmək üçün gəlib. O, ərazidə heç kimin olmamasından istifadə edərək sərnişin gəmisinə qalxıb. Gəmini Voloqda çayı üzərindəki estakadadan çıxararaq, mühərriki işə salmağa çalışıb.

Lakin bunu bacarmayıb və gəmi sadəcə olaraq axınla üzüb. Çox keçməyib ki, yüz metrdən sonra “Perseus” gəmisi quruya çıxıb.

Tezliklə polis hadisə yerinə gəlib. Faktla bağlı “Su nəqliyyatı oğurluğu” maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs maddə üzrə maksimum cəza olaraq 8 il azadlıqdan məhrum edilib.

# 2625
avatar

Oxşar yazılar