Bu yerlərə kişilərin girişi  QADAĞANDIR - VİDEO
28 aprel 2021 18:01 (UTC +04:00)

Bu yerlərə kişilərin girişi QADAĞANDIR - VİDEO

Dünyada elə yerlər var ki, ora yalnız qadınlar gedə bilir. Həmin yerlərə kişiləri buraxmırlar. 

Lent.az xarici KİV-ə istinadən yalnız qadınların buraxıldığı kənd, ada və şəhər haqqında məlumatları sizə təqdim edir:

Afrika 

Kenyada yerləşən Umaja kəndinin ətrafı tikanlı məftillərlə hörülüb. Kənd 1990-cı ildə şiddət görmüş 15 qadın tərəfindən yaradıldı və  kişilərin girişi qadağandır. Maddi ehtiyaclarını qarşılamaq üçün qadınlar muncuqlardan düzəltdikləri əl işlərini satırlar. Hazırda kənddə 47 qadın və 200 uşaq yaşayır. Oğlan uşaqları 18 yaşına çatdıqdan sonra kəndi tərk etməlidirlər. Umaja kəndini yalnız qadın turistlər ziyarət edə bilər.
 

Braziliya

Braziliyada yerləşən kənddə 25-35 yaş aralığında gözəl qadınlar yaşayır. Kənd 1890-cı ildə Mariya adlı bir qadın tərəfindən yaradılıb. Hazırda kənddə 600 qadın yaşayır. Onların arasında evli qadınlar da var. Kişilər yalnız həftəsonu bura gələ bilirlər. Həftəiçi isə tarlada, təhsildə, tikintidə olan bütün işlər qadınların məsuliyyətindədir. 

Kolumbiya 

Kolumbiyanın Boqota şəhərində həftənin cümə günü kişilərə çölə çıxmaq qadağandır. Qadınlar cümə axşamı küçələrdə əylənir, partilər təşkil edir. Restoranlar, konsert salonları hamısı qadınlara xidmət edir. Kişilər həmin gün evdə qalıb, uşaqlarla zaman keçirirlər. Burada məqsəd kişilərin dominat olduğu cəmiyyətdə qadınların sosial aktivliyini artırmaqdır.


Fillandiya

2016-cı ildə amerikalı bir qadın Fillandiyada  ada alır və buranı yalnız qadınların yaşaya biləcəyi şəhərcik halına salır. Adada yoqa, meditasyon, yürüşlər təşkil edilir. Qadınların bura gəlməsi o qədər də asan deyil. İlk öncə ada sahibəsinə “niyyət məktubu” yazılmalıdır. İcazə verildikdən sonra adaya gedə bilərsiniz. Burada bir həftə qalmaq üçün 4600 avro tələb olunur. 

Hindistan və Yaponiya

Hər iki ölkədə qadınlara məxsus qatarlar fəaliyyət göstərir. Burada məqsəd onları təcavüzdən qorumaqdır. 2016-cı ildən Almaniyada da qadınlara özəl qatar xidmət göstərməyə başladı. Amma əks reaksiyalar nəticəsində fəaliyyətini dayandırdı. 

Səudiyyə Ərəbistanı 

 

İslam ölkələrdə yalnız qadınlar üçün xidmət göstərən otellər var. Belə otellərdən biri də Səudiyyə Ərəbistanındadır. Çalışanlardan, qonaqlara kimi burada ancaq qadınlar olur. Otelin çimərliyi belə yalnız qadınlar üçündür. 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5247
avatar

Nigar Adil

Oxşar yazılar