Bu ölkənin prezidentinə küçədə təcavüz olundu - ŞOKA SALAN GÖRÜNTÜLƏR
05 noyabr 2025 16:40 (UTC +04:00)

Bu ölkənin prezidentinə küçədə təcavüz olundu - ŞOKA SALAN GÖRÜNTÜLƏR

0

Meksikada eşidənləri şoka salan hadisə yaşanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ölkənin xanım prezidenti Klaudiya Şeynbaum küçədə gəzərkən qəfil təcavüzə məruz qalıb.

Belə ki, o, Təhsil Nazirliyindəki tədbirə qatılmaqdan ötrü nazirliyin binasına piyada gedib. Bu zaman o, küçədə sakinlərlə qarşılaşıb və həmsöhbət olub. Lakin gözlənilməz anda sərxoş bir oğlan insanların arasından keçərək Şeynbaumu arxadan qucaqlayaraq, öpməyə çalışıb. Ölkə başçısı isə nə olduğunu anlamaq üçün həyəcanlı şəkildə arxaya dönüb. Prezidentin mühafizəçiləri dərhal onu uzaqlaşdırıblar.

Uriel Rivera Martinez adlı həmin şəxs saxlanılıb və ona hansı cəza veriləcəyi bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 533

Oxşar yazılar