Bloqer göydən pul səpdi, insanlarda ajiotaj yaratdı - VİDEO
10 iyul 2024 14:43 (UTC +04:00)

Bloqer göydən pul səpdi, insanlarda ajiotaj yaratdı - VİDEO

Bloqqerin pulla oyunu ajiotaja və uşağın xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Oracle" kimi tanınan və qızıl maskası ilə seçilən bloqer, sahillərdəki "Chinatown" adlanan ərazinin üzərində, Sürix gölündən pilotsuz uçan aparatdan istifadə edərək təxminən 24 min avronu 10 franklıq əskinaslaral göydən səpməyi planlaşdırdığını açıqlayıb.

Hadisə videoya çəkilib və onun "TikTok" səhifəsində yerləşdirilib.

O, açıqlamasında deyib:

"Mənim adım Oracle. Şənbə günü, mayın 11-də Sürixin Çin mahalına pul yağışı yağacaq. İnanmırsınızsa, evdə qalın. Hamıya uğurlar."

Bloqerin yazısı yüzlərlə insan tərəfindən oxunduqdan sonra çoxları pul qazanmaq ümidi ilə gəlib. Lakin bu, addım iğtişaşlara səbəb olub.

"Şənbə günü saat 20:00 radələrində təşkilatçı bir çanta ilə parka uçuraraq, orada toplanan insanlar mümkün qədər çox əskinas atmağa çalışıblar".

Hadisədən sonra yayılan fotolarda ən azı bir təcili yardım maşınının hadisə yerinə qaçdığı görünür. Zərərçəkənlərdən biri, Dominikan Respublikasından olan 12 yaşlı uşaq xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun hazırkı vəziyyəti məlum deyil.

Hüquq-mühafizə orqanları uşağa xəsarət yetirən obyektlə bağlı hələlik məlumat yaymayıb və hadisə şahidlərinin əlaqə saxlamasını xahiş edirlər. Prokurorluq araşdırmaya başlayıb, lakin qızıl maskalı bloqerin kimliyi heç vaxt müəyyən edilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Fidan İlqar

Oxşar yazılar