Bayraq Meydanında sürücüsü olmayan  avtobus qəza törətdi - VİDEO  - YENİLƏNİB
07 mart 2025 11:00 (UTC +04:00)

Bayraq Meydanında sürücüsü olmayan avtobus qəza törətdi - VİDEO - YENİLƏNİB

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bayraq Meydanında avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən xəbərə görə, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.  

Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək. 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

***
10:19

Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonunda, Bayraq Meydanının yaxınlığında baş verib.

Avtobus əsas yolla bulvar arasında olan arakəsməyə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirlinin sözlərinə görə, qəza zamanı avtobusda sürücü olmayıb:

"Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Park vəziyyətində olan "Daewoo" markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1492

Oxşar yazılar

Qırmızıda dayanmayan motosiklet maşına çırpıldı - QƏZA ANI

Qırmızıda dayanmayan motosiklet maşına çırpıldı - QƏZA ANI

7 mart 2025 , 15:54
APA TV-də XəbərAPAran   - CANLI

APA TV-də XəbərAPAran - CANLI

7 mart 2025 , 10:00
Ev kirayə verənlər vergidən necə yayınırlar? - VİDEO

Ev kirayə verənlər vergidən necə yayınırlar? - VİDEO

6 mart 2025 , 17:22
Veqanlıq bu səbəbə görə aqressiya yaradırmış - VİDEO

Veqanlıq bu səbəbə görə aqressiya yaradırmış - VİDEO

6 mart 2025 , 15:44
APA TV-də XəbərAPAran  - CANLI

APA TV-də XəbərAPAran - CANLI

6 mart 2025 , 10:00
APA TV-də XƏBƏRAPARAN  - CANLI

APA TV-də XƏBƏRAPARAN - CANLI

5 mart 2025 , 10:00
Estetik əməliyyatlar efirin tələbidir, yoxsa cəmiyyətin? - İMPULS

Estetik əməliyyatlar efirin tələbidir, yoxsa cəmiyyətin? - İMPULS

4 mart 2025 , 14:09
Bakıda evdən külli miqdarda oğurluq - HADİSƏ ANI

Bakıda evdən külli miqdarda oğurluq - HADİSƏ ANI

4 mart 2025 , 12:30