Baxçada körpələri döyə-döyə yatızdırdılar  - HADİSƏ ANI
09 sentyabr 2023 09:24 (UTC +04:00)

Baxçada körpələri döyə-döyə yatızdırdılar - HADİSƏ ANI

İnquşetiyanın Maqas şəhərində özəl uşaq bağçasının müəllimi yatmayan uşaqları döyüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videoda Maqas şəhərindəki uşaq bağçasının iki əməkdaşı uşaqları yatızdırır. Müəllimlərdən biri yatmaq istəməyən şagirdlərin beşiklərini dövrə vuraraq fiziki güc tətbiq edir, qadın uşaqları şillələyir və zorla yatırır.

Döyülmə ilə bağlı video internetdə yayıldıqdan sonra hüquq-mühafizə orqanları və prokurorluq araşdırmalara başlayıb.

# 4131
avatar

Oxşar yazılar