Baş Prokurorluqdan erkən nikahlarla bağlı  MÜRACİƏT  -  VİDEO
07 sentyabr 2021 11:56 (UTC +04:00)

Baş Prokurorluqdan erkən nikahlarla bağlı MÜRACİƏT - VİDEO

Baş Prokurorluğun mətbuat xidməti erkən nikahlarla bağlı videomüraciət hazırlayıb.

Qurumdan Lent.az-a verilən məlumatda bildirilir ki, görülən tədbirlərə baxmayaraq ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır. 

Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə   sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib.

Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir.

Erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!

Baş Prokurorluğun mətbuat xidməti erkən nikahlarla bağlı videomüraciət hazırlayıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3693
avatar

Mehman Nəbiyev

Oxşar yazılar