Qəza anı
27 yanvar 2022 18:05 (UTC +04:00)

Qəza anı

Bakıda “Wolt” “Bolt”un altında qaldı - ANBAAN VİDEO

Bakıda motosiklet minik avtomobilinin altında qalıb.

Lent.az xəbər verir ki, yol qəzası paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb. Küçədə dönmə əməliyyatını yerinə yetirən “Wolt” kuryer şirkətinə məxsus motosiklet “Bolt” taksi şirkətinə məxsus olan minik avtomobilinə çırpılıb. Belə ki, dönmə əməliyyatı zamanı sürücülərin diqqətsizliyi ucbatından motosiklet avtomobilin altında qalıb.

Hadisə anı ərazidəki müşahidə kamerasına yansıyıb.

Lent.az bir neçə ay əvvəl baş verən qəzanın görüntülərini əldə edib.

Həmin görüntüləri təqdim edirik:    

Bakıda “Wolt” "Bolt”un altında qaldı

# 5664
avatar

Mehman Nəbiyev

Oxşar yazılar