Bakıda ŞOK VİDEO:  Tonqala düşən uşaqların son surumu AÇIQLANDI  - YENİLƏNİB
13 mart 2024 11:05 (UTC +04:00)

Bakıda ŞOK VİDEO: Tonqala düşən uşaqların son surumu AÇIQLANDI - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib:

"Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub".

***

09:45

Bakıda bayram axşamı iki uşaq tonqala düşüb.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, paytaxtın Yasamal rayonunda yerləşəb məhəllələrdən birində tonqal qalanıb. İki oğlan tonqaldan hoppananda bir-biri ilə toqquşub. Nəticədə hər ikisi tonqala düşüb. 

Görüntüləri təqdim edirik: 

 

 

# 11073
avatar

Fidan İlqar

Oxşar yazılar