Qəza edən avtobus
22 iyun 2022 17:13 (UTC +04:00)

Qəza edən avtobus

Bakıda marşrut avtobusu qəza törətdi - HADİSƏ ANI

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Seyid Əzim Şirvani küçəsində qeydə alınıb. 81 saylı marşrut avtobusu "Renault Megane" markalı avtomobillə toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Zərbənin təsirindən minik avtomobilinin arxa təkəri oxundan çıxıb.

Hadisə baş verən zaman avtobusda sərnişinlər olub. Ancaq qəza nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur.

Hadisə yeri

Bakıda marşrut avtobusu "cip"lə toqquşdu

# 3450
avatar

Mehman Nəbiyev

Oxşar yazılar