Bakınnı Nərimanov rayonunda klinikalardan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, klinikada çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib.
Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törtməkdə şühəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edib. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin 2021-ci ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı sübuta yetirilib.
Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.