Bakıda zəncirvari qəza olub.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu "8 Noyabr" prospektində qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Lent.az-a bildirib ki, qəza zamanı 6 nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Avtomobillərə ziyan dəyib.
Nəticədə 1 nəfər yüngül xəsarət alıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: