Azərbaycanda gənc oğlan pişiyi itə yedizdirib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Hadisənin rayonların birində qeydə alındığı bildirilir. Rüfət adlı şəxs itin pişiyi parçalamasına mane olmayıb və həmin görüntüləri lentə alaraq, özünə məxsus "TikTok" sosial şəbəkəsində paylaşıb.
Paylaşım izləyicilərin hiddətinə səbəb olub. Əksər izləyicilər paylaşıma Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifələrini etiketləyiblər.
Həssas görüntüləri təqdim edirik: