Azərbaycanda müsabiqədə 1-ci yer pulla satılıb -  Layihə rəhbərindən ETİRAF
06 may 2021 13:56 (UTC +04:00)

Azərbaycanda müsabiqədə 1-ci yer pulla satılıb - Layihə rəhbərindən ETİRAF

Aşıq Namiq Fərhadaoğlu "Lider" telekanalında keçirdiyi "Köklə sazı" aşıq müsabiqəsi ilə bağlı gözlənilməz açıqlama verib.

Lent.az-ın xəbərinə görə, aşıq “Həmin Zaur” verilişində bildirib ki, həmin yarışda qalib olmaq istəyən aşıqdan 10 min manat alıb.

"Biri dedi ki, birinci yerin xərci nədir? Mən də dedim, avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min ver, birinci yerə çıxarım səni. Maşına görə etdim. Sonra mənə dedilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır. Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb, səs verir. Prodakşınam orada ağa da, nökər də mənəm".
 

# 5391
avatar

Yalçın UĞUR

Oxşar yazılar