Azərbaycanda ayı hücumları artıb? - VİDEO
29 iyul 2023 16:53 (UTC +04:00)

Azərbaycanda ayı hücumları artıb? - VİDEO

Son vaxtlar ayıların kəndlərə yaxınlaşması, hətta daxil olması, insanlara hücum etməsi barədə xəbərlərlə tez-tez rastlaşırıq.

Ayıların hamısı cizgi filmləri, sirk və zooparkdakı qədər məsum deyil. Ayı nəhəng və güclü yırtıcıdır. Yaşadıqları arealı isə özlərinin evi, ov məkanı hesab edirlər. Odur ki, təbiətin qoynunda onlarla qarşılaşmaq ölümcül ola bilər. Məşhur Azərbaycanlı ovçu Faiq Babanlı deyir ki, Azərbaycanda ayı ovu qadağan edildiyi üçün saylarının çoxalması müşahidə olunur. Bu da insanlara hücum hallarına və müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Müsahib ayının hansı hallarda hücum etdiyini və xilas olmaq yollarından da danışıb. Ekoloq Canbaxış Nəcəfov isə deyir ki, ayıların yaşamalı olduğu ərazilərin hasarlanması onların yem bazasının azalmasına gətirir. Ekoloq həmçinin bildirir ki, insanlar heyvanların yaşadığı mühitə müdaxilə etməsə, heyvanlar da insanlara təhlükə yaratmaz. Son olaraq qeyd edək ki, meşənin dərinliklərinə bələdçisiz yürüşün startı hər zaman yaxşı finişlə yekunlaşmır.

# 3684
avatar

Oxşar yazılar