ABŞ-ın Kolorado sakinləri Keylin MakRossi-Martinez və Brendon Martinezin toy mərasimi zamanı qəribə hadisə baş verib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ziyafət salonuna bir ayı gəlib və qonaqlar üçün nəzərdə tutulmuş bütün ləzzətləri yeyib.
Cütlüyün dediyinə görə, leysan yağışı yağdığından toy mərasimi əvvəldən plana uyğun getməyib. Amma qonaqlar bundan narahat olmayıb.
Daha sonra qonaqların arasına ayı da qoşulub. Heyvanın haradan gəldiyini heç kim bilmir, ancaq o süfrədəki bütün desertləri yeyib.
Yeni evlənənlərin qeyd etdiyinə görə, hətta bu hadisələr də həyatlarının ən vacib gününü poza bilməyib. Bir neçə gülməli məqama baxmayaraq, şənlik uğurla keçib.