Anasının məzarından pişik cəsədi tapdı - ŞOK GÖRÜNTÜLƏR
27 mart 2025 18:49 (UTC +04:00)

Anasının məzarından pişik cəsədi tapdı - ŞOK GÖRÜNTÜLƏR

Türkiyədə anasının məzarını ziyarət edən şəxs gördüyü mənzərə qarşısında şoka düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalya şəhərinin Murtapaşa qəsəbəsindəki Türbəli qəbiristanlığında qeydə alınıb. Anasının qəbrini ziyarətə gələn şəxs məzarın üzərində külək gülü qoyulduğunu görüb. Yaxınlaşanda isə məzarın bir hissəsində torpağın qazıldığını aşkar edib.

Əvvəlcə qohumlarına bildirsə də, onlar da hadisədən xəbərsiz olduqlarını deyiblər. Məzarı qazan şəxs içərisində əşya olan torba tapıb. İlk baxışdan torbanın içində körpə meyiti olduğunu düşünüb. Lakin o, polisə məlumat verməyi düşünüb. Hadisə yerinə gələn polislər torbanın içərisində pişik cəsədi olduğunu görüblər.

Şoka düşən adam heyvansevərlərə səslənərək, bunu edən şəxsə sərt irad bildirib:

“Heyvansevər dostlar. Bura anamın məzarıdır. Kimsə pişiyi ölüb və onu anamın məzarında basdırıb. Budurmu sizin insana olan hörmətiniz? Yer tapa bilmədiniz? Görünür heyvana hörmətiniz var, amma ölən insana yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368

Oxşar yazılar