
Uşaqlarda süd dişləri nə üçün bir-birindən aralı olur?

Uşaqlarla bağlı valideynləri tez-tez narahat edən mövzulardan biri də süd dişlərinin bir-birindən aralanmasıdır.
Lent.az məlumat verir ki, bununla bağlı açıqlama verən həkim-stomatoloq Rəsul Tağıyev bildirib ki, daimi dişlərin ölçüsü süd dişlərinin ölçüsündən böyükdür:
“Çənənin ön tərəfində daimi dişlər çıxmağa başlamazdan əvvəl çənə sümüyü genişlənməyə başlayır ki, bu da yaxın zamanda çıxacaq dişlər üçün lazımi qədər yer olmasını təmin edir. İlk frontal daimi dişlər 6-7 yaş arası çıxdığından 5 yaşdan etibarən uşaqlarda çənə sümüyü genişlənməyə başlayır. Nəticədə ön tərəfdəki süd dişləri bir-birindən aralanır. Bu prosesə görə narahat olmağa dəyməz. Süd dişlərə nisbətən daha enli olan daimi dişlər çıxandan sonra bu dişlər daha sıx yerləşirlər”.

Hicranə Əlişqızı
Oxşar yazılar

Uşaqlarla münasibətdə vacib olan məqamlar - FOTOLAR
27 yanvar 2021 , 14:02
İqlim dəyişikliyi uşaqlarda zəif qidalanmaya səbəb olur
23 yanvar 2021 , 12:50
Uşaqların sağlam böyüməsi üçün bunları edin
21 yanvar 2021 , 18:11
11 ayda doğulan uşaqların sayı: onlardan ...
21 yanvar 2021 , 09:55
Keçədən hazırlanan sənət əsəri - FOTO
18 yanvar 2021 , 19:55
Saç yemək, dodaq dişləmək, barmaqla oynamq...- Valideyn nələrə diqqət etməlidir?
14 yanvar 2021 , 11:24
Qısqanclıq uşaqda güvənsizlik yarada bilər - Psixoloq danışır
12 yanvar 2021 , 15:25