Uşaqlarda burun qanamasının qarşısını necə almalı?- HƏKİM MƏSLƏHƏTİ
30 mart 2021 18:53 (UTC +04:00)

Uşaqlarda burun qanamasının qarşısını necə almalı?- HƏKİM MƏSLƏHƏTİ

“Qanama burnun selikli qişasında kapilyarların zədələnməsi nəticəsində baş verir. Anatomik olaraq bu çox qanayan nahiyə burun ucundan 1 santimetr daxilə doğru olan hissədir. Burada kapilyarlar çox nazikdir. Bir dəfə baş verən zədələnmə nəticəsində onlar tam bərpa ola bilmir, daha nazik divarlı kapilyarlar ilə əvəz olunurlar ki, bu da daha tez qanamaya gətirir”.

Lent.az xəbər verir ki, bunu həkim-pediatr Aytən İsmayılzadə bildirib. Onun sözlərinə görə, vacib məqam odur ki, qanama müddəti uzun olmasın:

Həkim-pediatr Aytən İsmayılzadə

8 dəqiqəyədək qanama bitməlidir. Əlbəttə, qanayan yerdən asılı olaraq dəyişir. Daha nazik kapilyar qanaması tez dayanır. Bəzən zədələnmə olmadan da qanama başlaya bilir. Bu isə selikli qişa problemidir. Selikli qişada kənar travma olmadan yaranan zədələnmə səbəbindəndir. İnteqrativ tibbdə mukozal zədələnmə sindromu anlayışı var. Burada bütün selikli qişaların (mədə - bağırsaq, sidik cinsiyyət, tənəffüs yolları) zədələnməsi bir biri ilə əlaqəli olduğu deyilir. Yəni əgər burun selikli qişasında zədələnmə varsa ( iltihab, allergiya, seliyin artması və ya azalması) bu digər selikli qişalarrın da zədələnməsindən xəbər verir”.

Pediatr bildirir ki, əlimizin dərisini ayrı, bədənimizin dərisini ayrı müalicə etdiyimiz kimi selikli qişalara da ümumi yanaşmaq lazımdır:

“Əgər burun selikli qişasında problem varsa (təkcə qanama deyil, quruluq, tez tez qaşınma, sululuq, şişkilnlik) problemin kökünü ən geniş mukozal səthimiz olan bağırsaqlarda axtarmalıyıq”.

Bəs nə edirik?

1. Qida rasionunu bağırsaq qişasını qıcıqlandıran faktorlardan təmizləmək : pis yağlar, artıq şəkər, süni maddələr, qluten, inək südü və s.

2. Bağırsaq florasını bərpa edərək selikli qişanı qorumaq: probiotiklərin uzun muddətli təyini (aylarla)

3. Selikli qişaların bərpasına biotənzimləyici dəstək: məsələn, Mukoza kompositum uzun muddət həm ağza həm buruna adaplikator ilə puskurtmək.

4. Orqanizmin mudafiə sistemini möhkəmləndirmək, teztez xəstələnməni, zökəm və s. önləmək uçun immunomodulyator mualicə, terapevtik peyvəndləmə (aşkar edilən aktiv mikroblara görə)

5. Antibiotiklərdən, burun selikli qişasını qurudan (nazivin kimi), nazildən hormonal tərkibli spreylərdən uzaq olmaq.

Aytən İsmayılzadə onu da qeyd edir ki, uşaqda burun qanaması zamanı ilk yardım kimi başı arxaya əymək lazım deyil:

“Fototerapiyadan isə çaytikanı yağı istifadə etmək olar. Çaytikanı yağını iki yaşdan sonra hər buruna bir damcı olaraq istifadə etmək olar. Çaytikanı yağı bərpaedici və mikroböldürücü xassəyə malikdir. Uşaqda burun qanaması halında ilk yardım kimi başı arxaya əymək lazım deyil. Bu zaman qan udulur və dayanması bilinmir. Başı önə əymək və bir neçə saniyə burun sümük və qığırdaq sərhəddində sıxıb saxlamaq lazimdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar