Keyfiyyətli yuxu istənilən yaşda olan uşaq üçün çox vacibdir. Normal yuxu ilə körpənin fiziki və zehni stressdən xilas olması lazımdır. Bundan əlavə, düzgün yuxu rejimi olmadan sağlamlığı qorumaq çətindir.
Optimal yuxu müddəti nədir?
Lent.az xəbər verir ki, böyüklər gündə 7-8 saat normal yuxu rejimi olduğu hamıya məlumdur.
Bəs uşaqlar? Dərhal aşağıdakı məqama diqqət yetirək: uşaq valideynlərindən çox yatmalıdır. Yuxunun dəqiq müddəti yaşdan asılıdır.
Körpənin neçə saat yatması lazımdır?
Yeni doğulmuş körpə gündə 22 saata qədər yata bilər. Bu rəqəm hər ay azalır. 11 aylıq körpə gündə 14-16 saat yata bilər.
1-2 yaşlı uşaqlar neçə saat yatmalıdır?
Bu yaşda uşağın yuxu müddəti 11 saatdan 14 saata qədər olmalıdır.
3-5 yaşlı uşaqlara neçə saat yatmaq lazımdır?
Üç yaşından başlayaraq uşaq gündə 10-13 saat yatmalıdır. Körpə məktəbə gedənə qədər bu qaydaya riayət etmək məsləhətdir.
6-12 yaşlı uşaqlara nə qədər yuxu lazımdır?
Bu yaşda uşağın gündə 9-12 saat yatması məsləhətdir. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan bütün yaş dövrlərində gündüz yuxusu da tövsiyə olunan yuxu müddətinə daxildir.
13-17 yaşlı yeniyetmələrin nə qədər yuxuya ehtiyacı var?
Yeniyetmələr, böyüklər kimi, gündə 8 saat yata bilərlər. Ancaq 9-10 saat daha yaxşıdır.