Timsah çayda üzən qızı yedi -  FOTO
27 oktyabr 2021 16:22 (UTC +04:00)

Timsah çayda üzən qızı yedi - FOTO

İndoneziyanın Buru adasında dostları ilə çayda oynayan qıza timsah hücum edib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, nəhəng timsahın udduğu 8 yaşlı uşağın qalıqları günlər sonra tapılıb. Bundan əlavə, daha bir 9 yaşlı uşağın itkin düşdüyü bildirilir.

Tezliklə hadisə yerinə gələn yerli sakinlər timsahı nizə ilə vurublar. Tutulan timsahın mədəsindən uşağın cansız bədəni çıxarılıb.

Amma digər itkin düşən uşağın harada olduğu məlum deyil. Timsahın mədəsini kəsən zaman qızın qalıqlarının içəridə olmadığı məlum olub. Kiçik qızın qalıqları hadisədən 2 gün sonra tapılıb.

Çayda timsahların çox olduğu məlumdur. Yerli sakinlər bildiriblər ki, son 10 ildə ən azı iki timsah hücumu olub. Səlahiyyətlilər, 9 yaşlı uşağın eyni ərazidə yoxa çıxmasından sonra timsahın hücumuna məruz qalma ehtimalına diqqət yetiriblər.

Məlumata görə, uşaq evlərinin yaxınlığındakı çayda çimirmiş. Bir saat sonra dostları uşağın timsahın hücumuna məruz qaldığını bildiriblər. Axtarış-xilasetmə qrupları timsahı və uşağı tapmaq üçün yerli hakimiyyət orqanlarına qoşulub.

Komanda axtarışın ilk günündə timsahı yaxalasa da, mədəsini kəsən zaman heç bir qalıq tapmayıb. Uşağın axtarışları davam edir.

# 15816
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar