
İqlim dəyişikliyi uşaqlarda zəif qidalanmaya səbəb olur

İqlim dəyişikliyindən qaynaqlanan temperatur artımının uşaqlarda zəif qidalanmaya səbəb olduğu məlum oldu.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ Vermont Universitetinin tədqiqatçıları nəticələri "Environmental Research Letters" jurnalında dərc olunan araşdırmada Asiya, Afrika və Cənubi Amerikada 19 ölkədə yaşayan 107 min uşağın gündəlik qidalanmasını araşdırıblar.
Tədqiqatçılar iqlim dəyişikliyi səbəbindən orta temperatur və yağış artımının uşaqların qida müxtəlifliyini azaldığını müəyyən ediblər.
Tədqiqatın nəticələrinə görə, iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdə 5 yaşınadək uşaqlar ət, süd, balıq, paxlalılar, dənli bitkilər və göyərtilərdən ibarət 10 məhsuldan orta hesabla 3,2-ni istehlak edə bilərlər.
Bu ölkələrdə 5 yaşınadək hər üç uşaqdan biri dəmir, sink, folik turşusu, A və D vitaminləri kimi böyüməyə kömək edən kritik mikroelementləri qəbul edə bilmir.
BMT-nin məlumatlarına görə, 2019-cu ildə 5 yaşınadək 144 milyon uşaq qidalanma və 47 milyon uşaq xroniki zəif qidalanma səbəbindən ciddi səviyyədə zəiflikdən əziyyət çəkib.

Oxşar yazılar

Valideynin təhsil səviyyəsi uşağın inkişafına necə təsir göstərir? - MÜSAHİBƏ
24 fevral 2021 , 12:11
“Uşaq səhər yemək yemirsə..."- Pediatrdan TÖVSİYƏ-VİDEO
24 fevral 2021 , 11:17
Dərslərin bərpası yaxşıdır, amma... Professor DANIŞIR -VİDEO
19 fevral 2021 , 16:47
Bir uşağın nəyə ehtiyacı var? – 6 qızıl qayda
18 fevral 2021 , 19:46
Meymunlar əkizləri qaçırdı, birinin meyiti tapıldı
16 fevral 2021 , 19:18
Cib telefonu və uşaq xərçəngi
16 fevral 2021 , 09:49
Anadan DƏHŞƏTLİ ƏMƏL: uşaqlarını soyundurub ölmək üçün meşəyə atdı
12 fevral 2021 , 19:53
QANDONDURUCU OLAY: Ərindən gizli doğduğu uşağı soyuducuya qoydu
10 fevral 2021 , 19:36