İmtahan günü uşaqlar necə qidalansın? -  VALİDEYNLƏRİN NƏZƏRİNƏ
26 iyun 2021 14:14 (UTC +04:00)

İmtahan günü uşaqlar necə qidalansın? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

İmtahana gedən uşaqlar və yeniyetmələr çox vaxt səhər yeməyindən imtina edirlər. Bu, valideynləri narahat edir. Onlar imtahanda övladlarının aclığın təsirindən halsız olacaqlarından, sualları doğru cavablandıra bilməyəcəklərindən narahat olurlar. 

Lent.az xarici mətbuata istinadən valideynlərə bildirir ki, imtahana gedəndə uşaqlara tərkibində bol şəkər olan qidalar qəbul etməsinə icazə verməyin. Bu zaman övladınızda anidən halsızlıq yaranacaq və imtahandan yarımçıq çıxmaq məcburiyyətində olacaqlar. 

İmtahanda övladınızın özünü yaxşı hiss edib, sualları düzgün və rahat cavablandırmasını istəyirsinizsə, o zaman təmiz kərə yağında bişirilmiş yumurta, pendir qızarda bilərsiniz. Bundan əlavə, zeytun yağında qızardılmış ət məhsullarını da hazırlamaq olar. 

Bu qidaları qəbul edib imtahana gedən uşaqların zehni aydın olacaq və uzun müddət aclıq, halsızlıq hiss etməyəcəklər. 

Bundan əlavə, səhər yeməyində övladlarınızın tərkibində protein, B12 və D vitaminli qidalar qəbul etməsinə çalışın. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Nigar Adil

Oxşar yazılar