Bunu etsəniz bətninizdə olan körpənizi hər an İZLƏYƏ BİLƏCƏKSİNİZ
09 avqust 2022 19:22 (UTC +04:00)

Bunu etsəniz bətninizdə olan körpənizi hər an İZLƏYƏ BİLƏCƏKSİNİZ

Ultrasəs stikerləri ilə körpələrin ana bətnində böyüməsini telefonda izləmək mümkündür.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri poçt markası ölçüsündə geyilə bilən cihaz hazırlayıblar.

Cihaz 48 saata qədər bədənin dərinliklərində baş verənlərin canlı şəkillərini çəkə biləcək. Əldə edilmiş nəticələri təhlil edərək onları smartfon proqramına göndərə bilən süni intellekt üzərində də iş aparılır. Ultrasəs stikerlərinin həftədə bir dəfə hamilə qadınların istifadə etmələri üçün mağaza və apteklərdə satışı nəzərdə tutulub.

Təxminən 3 mm qalınlığında olan stikerlər xərçəng xəstələrinin şişlərini izləmək və xəstəliyin diaqnoz və müalicəsini sürətləndirmək üçün də istifadə edilə bilər. Stikerlər "Science" jurnalında dərc edilən araşdırmada sınaqdan keçirilib. 15 könüllü 48 saat ərzində boyun, sinə, qarın və qollar daxil olmaqla, bədənlərinin müxtəlif hissələrinə stiker taxıblar.

Bu müddət ərzində iştirakçılar oturub ayaq üstə durmaqdan tutmuş qaçmağa, velosiped sürməyə və ağırlıq qaldırmağa kimi müxtəlif fəaliyyətlər həyata keçiriblər. Stiker məşq zamanı ürəyin necə formasını dəyişdiyini və könüllülər suyu içib sistemlərindən keçirdikcə mədənin necə şişdiyini və kiçildiyini göstərə bildi.

Hazırda istifadə olunan ultrasəslər bədən daxilində inkişaf edən körpənin şəkillərini göstərmək üçün istifadə olunur, lakin onun istifadəsi çox bahalı avadanlıq və təlim tələb edir. 

MIT mütəxəssisləri bildiriblər ki, xəstəxanalarda tibbi görüntü adətən bir neçə saniyə ərzində çəkilir, stikerlər isə xəstəni 48 saat ərzində izləyə bilir. Bu, ürək, ağciyərlər, əzələlər və qan damarları kimi daxili orqanların "uzunmüddətli, davamlı" görüntüsünü əldə etməyə imkan verəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Fidan İlqar

Oxşar yazılar