Turistlər üçün ən ucuz  və ən bahalı  ölkələr – SİYAHI
20 oktyabr 2024 12:35 (UTC +04:00)

Turistlər üçün ən ucuzən bahalı ölkələr – SİYAHI

Laos dünyanın ziyarət üçün ən əlçatan ölkəsi seçilib.

Çox vaxt maliyyə məsələsi dünyanı gəzmək istəyənlər üçün əsas maneəyə çevrilir. 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, turistlər səyahətləri üçün daha sərfəli istiqamətlər seçərək, tətillərində pula qənaət etməyin yollarını axtarırlar.

2024-cü il üçün dünyanın ən ucuz 15 ölkəsi:

1. Laos - gündə 10 funt sterlinq

2. Qazaxıstan - 15 funt sterlinq

3. Ruanda - 16 funt sterlinq

4. Qana - 16 funt sterlinq

5. Monqolustan - 18 funt sterlinq

6. Ermənistan - 20 funt sterlinq

7. Burkina-Faso - 21 funt sterlinq

8. Gürcüstan - 22 funt sterlinq

9. Mali - 23 funt sterlinq

10. Birma (Myanma) - 25 funt sterlinq

11. Haiti - 25 funt sterlinq

12. Malavi - 25 funt sterlinq

13. Hindistan - 27 funt sterlinq

14. Nepal - 28 funt sterlinq

15. Serbiya - 28 funt sterlinq

Eyni zamanda, 261 funt sterlinq (təxminən 310 avro) təşkil edən bir günlük xərclə Barbados 2024-cü ildə ziyarət üçün ən bahalı ölkə kimi tanınıb. Antiqua və Barbuda gündəlik xərci 244 funt sterlinq (290 avro), üçüncü yerdə isə 215 funt sterlinq (256 avro) ilə Sent- Kitts və Nevis qərarlaşıb.

2024-cü il üçün dünyanın ən bahalı 15 ölkəsi:

1. Barbados - gündə 261 funt sterlinq

2. Antiqua və Barbuda - 244 funt sterlinq

3. Sent-Kitts və Nevis - 215 funt sterlinq

4. Maldiv adaları - 207 funt sterlinq

5. Qrenada - 205 funt sterlinq

6. İsveçrə - 200 funt sterlinq

7. ABŞ - 197 funt sterlinq

8. Mikroneziya - 195 funt sterlinq

9. Qrenlandiya - 179 funt sterlinq

10. Birləşmiş Ərəb Əmirlikləri - 175 funt sterlinq

11. Lixtenşteyn - 175 funt sterlinq

12. Baham adaları - 173 funt sterlinq

13. Oman - 171 funt sterlinq

14. Monako - 159 funt sterlinq

15. Sao-Tome və Prinsipi - 155 funt sterlinq
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Oxşar yazılar