Telefonunuz hava limanında  müsadirə oluna bilər - Vacib qayda
14 noyabr 2025 11:24 (UTC +04:00)

Telefonunuz hava limanında müsadirə oluna bilər - Vacib qayda

0

Səyahət edənlərə hava limanlarında tətbiq olunan, lakin bir çoxunun bilmədiyi qayda barədə xəbərdarlıq edilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  məlum olub ki, təhlükəsizlik yoxlaması zamanı telefon və ya başqa elektron cihaz işə düşməzsə, həmin cihazın təyyarəyə buraxılmaması və hətta əlinizdən alınması mümkündür.

Niyə cihazı əlindən ala bilərlər?

Məsələ çox sadə bir detalda batareya səviyyəsindədir. Cihaz o qədər boşalarsa ki, yoxlama zamanı açılmasın, təhlükəsizlik xidmətinin onu bortda daşınmasına icazə verməmək hüququ var. Səyahətdən əvvəl elektron cihazlarınızın şarj olunduğundan əmin olun. Əgər tələb olunduqda cihaz açılmırsa, onu təyyarəyə götürməyə icazə verilməyəcək.

Hansı cihazlara aiddir?

Əl yükündə aşağıdakı cihazlara icazə verilir: Mobil telefonlar, noutbuklar, planşetlərdigər portativ elektron qurğular. Lakin hər biri şarjlı vəziyyətdə olmalıdır. Hava limanı əməkdaşları onlardan hər hansı birinin açılmasını tələb edə bilər. Bu qayda Ryanair, EasyJet və British Airways kimi bir çox beynəlxalq aviaşirkətlərdə qüvvədədir. 

British Airways xəbərdarlıq edir: “Cihazı aça bilmirsinizsə, onu özünüzlə götürə bilməyəcəksiniz. Aeroporta gəlməzdən əvvəl elektron əşyalarınızın şarj olduğunu yoxlayın”.

Tranzit zamanı da diqqətli olun

Hava yolu şirkətləri bildirir ki, transfer zamanı telefonu boşaltmaq risklidir, çünki şarj məntəqələri məhdud ola bilər, bəzi ölkələrdə uyğun adapterlər tapılmaya bilər. TUI şirkəti isə bunun gücləndirilmiş beynəlxalq təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olduğunu xatırladır: “Uçuşa qədər telefonların açıq qalmasını tövsiyə edirik, çünki qapıda əlavə yoxlamalar ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar